Bloger və İnfluenserlər Forumuna sizi böyük məmnuniyyətlə dəvət edirik.
"Facemark" şirkətinin təşkilatçılığı və “Kontent Dənizi” konsepti ilə keçiriləcək forum, rəqəmsal dünyanın sonsuz axınında kontentin gücünü, təsirini və istiqamətverici rolunu daha dərindən anlamaq üçün unikal bir platforma təqdim edir. Burada blogger və influenserlər yalnız izləyici kütləsi yaradan deyil, həm də trendləri formalaşdıran, fikir yönləndirən və brend dəyərlərinə təsir edən əsas güc kimi müzakirə olunacaq.
Forumda sizi dəyərli müzakirələr, ilhamverici çıxışlar, müasir bədii və musiqili proqram, eləcə də müxtəlif sahələrdən gələn güclü qadınlarla əlaqə qurmaq imkanı gözləyir.